Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsin işi üzrə yeni tarix müəyyənləşdi
Vaşinqton məhkəməsi ABŞ Prezidenti Donald Trampa sui-qəsdə cəhd etməkdə ittiham olunan Koul Tomas Allenin işi üzrə növbəti məhkəmə iclasını oktyabrın 5-nə təyin edib.
TodayPress TV xəbər verir ki, bu barədə “NewsNation” telekanalı məlumat yayıb.
Xatırladaq ki, atışma hadisəsi aprelin 25-də ABŞ paytaxtında Ağ Evdə akkreditə olunmuş müxbirlər assosiasiyasının illik qəbulunun keçirildiyi “Washington Hilton” hotelində baş verib. Qəbulda Tramp və vitse-prezident Cey Di Vens də daxil olmaqla, Amerika administrasiyasının bütün rəhbər şəxsləri iştirak edib. Atəş açan şəxs saxlanılıb və onun 31 yaşlı Allen olduğu müəyyənləşdirilib.
Aysel Mətləb