Rumıniya Qara dənizdə partlayıcı yüklü dronu vurdu - VİDEO
Rumıniya Qara dənizdəki "Neptun Deep" platformasının yaxınlığında partlayıcı maddələr daşıyan dəniz dronunu məhv edib.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat yayıb.
"Təhdidlərin artdığı bir kampaniya həyata keçirilir, bu isə vətəndaşlarımız arasında narahatlıq yaradır. Bu, İttifaqımızı parçalamağa yönəlib", - deyə sədr vurğulayıb.