Rusiya ABŞ və Türkiyədən izahat tələb etdi: Ukraynaya silah ötürüləcək?

Rusiya ABŞ və Türkiyədən izahat tələb etdi: Ukraynaya silah ötürüləcək?
20.08.2026 19:18 Dünya

Moskva Vaşinqton və Ankaradan ABŞ silahlarının Türkiyə vasitəsilə Ukraynaya mümkün ötürülməsi ilə bağlı cavab almağa ümid edir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

“Rusiya Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı ABŞ və Türkiyədən izahat istəyib. Hələ də Vaşinqton və Ankaradan cavab gözləyirik. Bu məsələnin Ukraynada dayanıqlı həllərin dinamikasına və perspektivlərinə açıq təsirini nəzərə alaraq, biz bunu almağa ümid edirik”, - deyə o vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər