Türkiyədən Netanyahunun təhdidlərinə sərt cavab: “Onun oyunlarını puça çıxaracağıq”
Türkiyə Prezident Administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyə və Suriyaya yönəlik açıqlamalarına sərt reaksiya verib.
TodayPress TV xəbər verir ki, bu barədə rəsmi Ankara məlumat yayıb.
Bildirilib ki, Netanyahunun təhdid və ittihamları onun beynəlxalq təcridini, siyasi narahatlığını və məyusluğunu göstərir.
Türkiyə Prezident Administrasiyasının açıqlamasında vurğulanıb ki, Ankara Netanyahunun regionda sabitliyi pozan fəaliyyətlərinə qarşı çıxmağa və sülh siyasəti yürüdən ölkələri dəstəkləməyə davam edəcək.
Qeyd edək ki, İsrail və Türkiyə arasında gərginlik son günlər xüsusilə Suriya məsələsi fonunda artıb. İsrail Suriyanın Əbu-Duhur aviabazasına zərbə endirib və Netanyahu Türkiyənin Suriyada hərbi mövcudluğunun İsrail üçün təhlükə yaradacağını bildirib. Ankara isə İsrailin bu addımını pisləyib.
Türkan İsgəndərli
TodayPress TV