Müharibə İranın “sınaq meydanı”na çevrildi
Fars körfəzindəki hərbi əməliyyatlar İranın müdafiə sənayesi üçün sınaq meydanına çevrilib və ölkənin daxili resurslarından səmərəli istifadənin zəruriliyini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin xüsusi bəyanatında bildirilib.
“Son müharibələr ölkənin müdafiə imkanları üçün əsl sınaq meydanına çevrilib. Hər yeni təzyiq və ya sanksiya aktı daxili resurslara arxalanmağın zəruriliyini ön plana çıxarıb və hər bir sahə ölkə mütəxəssisləri üçün yeni imkanlar açıb.
İllər ərzində İran müdafiə sənayesində iranlı mütəxəssislərin bilikləri və səyləri sayəsində yaradılan və inkişaf etdirilənlər praktikada tətbiq olunub. İran ordusunun imkanları ilə birlikdə rəqiblərin plan və məqsədlərinin əhəmiyyətli hissəsinin qarşısını alıb və onları təəccübləndirib”, - deyə qeyd olunub.
Aysel Mətləb