Rusiya Gürcüstandan addım gözləyir: “Təşəbbüs Tbilisidən gəlməlidir”
Rusiya və Gürcüstan arasında diplomatik münasibətlərin bərpası məsələsində müvafiq təşəbbüs Tbilisidən gəlməlidir.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
Diplomat xatırladıb ki, Rusiya ilə diplomatik münasibətlərin kəsilməsinin təşəbbüskarı gürcü xalqı deyil, həmin vaxt ölkə Prezidenti olan Mixail Saakaşvili olub:
“Müvafiq olaraq, diplomatik əlaqələrin bərpası təşəbbüsü də Gürcüstandan gəlməlidir. Biz belə bir imkan üçün açıq olduğumuzu dəfələrlə bildirmişik, lakin bu gün bu məsələ gündəmdə deyil”.
Aysel Mətləb