Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım

Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım
20.08.2026 16:30 İdman

İspaniyalı pilot Fernando Alonso “Aston Martin”lə müqaviləsini 2028-ci ilin sonuna qədər uzada bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

Bildirilir ki, ikiqat dünya çempionunun “Aston Martin”lə hazırkı müqaviləsi 2026-cı il mövsümünün sonunda başa çatır. 45 yaşlı pilot Britaniya  komandasının heyətində daha iki il – 2028-ci ilin sonunadək çıxış etmək variantını nəzərdən keçirir.

Aparıcı komandalar arasında 2027-ci il mövsümü üçün boş yerlərin sayı Maks Ferstappen, Karlos Sayns və Aleks Albonun müqavilələrini uzatmasından sonra əhəmiyyətli dərəcədə azalıb.

“Aston Martin”də isə Alonso ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdırlar. 

Bununla belə, ispaniyalı pilot daha əvvəl qərar qəbul edərkən yalnız komandanın nəticələrini deyil, “Formula-1”də tətbiq ediləcək yeni texniki qaydalara münasibətini də nəzərə alacağını bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər