Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutdu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, liderlər Türkiyə-Qazaxıstan ikitərəfli münasibətlərini və regional məsələləri müzakirə ediblər.
Ərdoğan görüş zamanı avqustun 23-də Qazaxıstanda keçirilən Qurultay seçkiləri ilə əlaqədar Tokayevə təbriklərini çatdırıb, seçkilərdə iştirak səviyyəsinin yüksək olmasının həyata keçirilən islahatlara ictimai dəstəyin göstəricisi olduğunu bildirib.
Lider qarşıdakı dövrdə Türkiyə-Qazaxıstan ikitərəfli münasibətlərinin inkişafı üçün səylərini davam etdirəcəklərini ifadə edib.
Aysel Mətləb