Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu!
İsveçrənin Lozanna şəhərində cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
TodayPress TV xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu ilə (10 kişi, 4 qadın) təmsil olunacaq. Turnirdə 77 ölkədən 513 idmançı (305 kişi, 208 qadın) mübarizə aparacaq.
Yarış 28-30 avqust aralığında təşkil olunacaq.
Qadınlar
52 kq, 1/16 final
Gültac Məmmədəliyeva – Madina Qurbonzoda (Tacikistan)
Leyla Əliyeva – Rin Takeuçi (Yaponiya)
70 kq, 1/16 final
Südabə Ağayeva – Luana Karvalyo (Braziliya)
+78 kq, 1/8 final
Madina Kaisinova – Elis Startseva (Rusiya)
Kişilər
60 kq, 1/16 final
Əhməd Yusifov – David Naci (Macarıstan) / Loiq Kudbudinov (Tacikistan) cütünün qalibi ilə
66 kq, 1/32 final
Turan Bayramov – Lenni Şeynfeld (ABŞ)
66 kq, 1/16 final
Ruslan Paşayev – Suxrob Boqiyev (Bəhreyn)
73 kq, 1/32 final
Kamran Süleymanov – Otari Kvantidze (Portuqaliya)
73 kq, 1/16 final
Rəşid Məmmədəliyev – Ohad Morits (İsrail) / Karim Abdulayev (BƏƏ) cütünün qalibi ilə
81 kq, 1/32 final
Vüsal Qələndərzadə – Qacidavud Qasanov (Bəhreyn)
81 kq, 1/16 final
Ömər Rəcəbli – Adilet Almat (Qazaxıstan) / Vinçentso Pelliqra (İtaliya) cütünün qalibi ilə
90 kq, 1/32 final
Vüqar Talıbov – Akaki Çaparidze (Gürcüstan)
+100 kq, 1/16 final
Kənan Nəsibov – Yakov Xammo (Ukrayna)
+100 kq, 1/8 final
Uşanqi Kokauri – Fransisko Solis (Çili) / Maqomedomar Maqomedomarov (BƏƏ) cütünün qalibi ilə