Ardı-arası kəsilmədi: Cənubi Amerikada üçüncü güclü zəlzələ
Peruda 6,5 bal gücündə güclü zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, zəlzələ Cənubi Amerikada son günlər qeydə alınan güclü yeraltı təkanlar silsiləsinin davamı olub. Bundan əvvəl Venesuela və Kolumbiyada da güclü zəlzələlər baş vermişdi.
Beləliklə, Peru bu ardıcıllıqda güclü zəlzələnin qeydə alındığı üçüncü ölkə olub.
Kübra Musayeva