ABŞ Qətərə “uçan benzinlik” satır - Qiyməti isə “əl yandırır”
ABŞ Dövlət Departamenti Qətərə 4,5 milyard dollar dəyərində mümkün silah satışına razılıq verib.
TodayPress TV xəbər verir ki, razılaşma çərçivəsində Qətərə 4 ədəd KC-46A havada yanacaq doldurma təyyarəsinin və onlara aid avadanlıqların satılması nəzərdə tutulur.
Paketə həmçinin 8 ədəd PW4062 turbofan mühərriki, radar şüalanması barədə xəbərdarlıq sistemləri və digər avadanlıqlar daxildir.
Kübra Musayeva