Nazir BMT rəsmisinə şifrələri verdi - Ermənistanın...

Nazir BMT rəsmisinə şifrələri verdi - Ermənistanın...
06.07.2026 14:37 Xarici siyasət

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.

Bu barədə TodayPress TV-yə XİN-dən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, tərəfdaşlığın perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd edib. Bildirilib ki, gələn il Azərbaycan ilə BMT arasında əməkdaşlığın qurulmasının 35 illiyi qeyd olunacaq və bu əlamətdar tarix tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm imkanlar yaradır.

Tərəflər ölkəmizin qlobal çağırışların həllinə töhfə vermək istiqamətində fəal rolunu vurğulayaraq, Azərbaycanın son illərdə bir sıra mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini, xüsusilə COP29-un və Ümumdünya Şəhər Forumunun yüksək səviyyədə təşkilinin çoxtərəfli əməkdaşlığa verilən önəmin göstəricisi olduğunu bildiriblər. Bu çərçivədə, 2026-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin imzalanmasının BMT sistemi ilə əməkdaşlığın yeni mərhələsini formalaşdırdığı qeyd olunub. Eyni zamanda, Azərbaycanın gələcəkdə də bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı körpü rolundan, nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən, Orta Dəhlizin artan əhəmiyyətindən, eləcə də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı, o cümlədən “C6” əməkdaşlıq formatı çərçivəsində yaranan yeni imkanlardan bəhs olunub.

Regional təhlükəsizlik məsələlərinə toxunan nazir postmünaqişə dövründə bölgədə yaranmış reallıqlar, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Azərbaycan-Ermənistan normallaşma prosesi barədə danışan nazir dayanıqlı sülhün təmin olunması üçün mövcud imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayıb.

Nazir qarşı tərəfə fəaliyyətində uğurlar arzulayıb. BMT-nin yeni rezident əlaqələndiricisi Dmitri Şlapaçenko Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edib, BMT-nin ölkə ilə əməkdaşlığın bütün istiqamətlər üzrə daha da inkişaf etdirilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

FOTOLAR

Nazir BMT rəsmisinə şifrələri verdi - Ermənistanın... — 1
Nazir BMT rəsmisinə şifrələri verdi - Ermənistanın... — 2
Nazir BMT rəsmisinə şifrələri verdi - Ermənistanın... — 3
Nazir BMT rəsmisinə şifrələri verdi - Ermənistanın... — 4
XƏBƏR LENTİ
06 IYUL 2026
Omskda neft zavodu vuruldu - VİDEO 15:56 Torpaq mülkiyyətçilərinin NƏZƏRİNƏ: Qanunvericiliyə yeni tələblər əlavə edildi 15:49 Ölkəni azad etdik, gəncliyin beynini işğal etdilər – İnformasiya savaşı sərhədini aşdı 15:44 Cəmi bir çamadanla hakimiyyəti tərk edən Baş nazirin üstündə bir qəpik də yox idi - Nəsib bəy Yusifbəylinin tarixi faciəsi 15:30 Azərbaycanın hücum təyyarələri belə göründü, bütün Türkiyənin qürurunu oxşadı - VİDEO 15:19 Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır? 15:09 Jurnalist olmaq istəyənlərin NƏZƏRİNƏ! Qabiliyyət imtahanlarının başlama tarixi açıqlandı 15:03 Şıx çimərliyində dənizə nə tökülür? - VİDEO 14:59 İsrail çaxnaşır - Yəhudilər Azərbaycana görə Netanyahuya üsyan etdilər 14:51 DÇ-26: Nəhəng matçda ulduzların mübarizəsi 14:43 Nazir BMT rəsmisinə şifrələri verdi - Ermənistanın... 14:37 Bakıda ilk dəfə “Böyük Hindistan Manqo Festivalı” təşkil edildi 14:31 Paşinyan peraşkisini böldüyü dostunu niyə "yanladı"? – Simonyanın şok istefasının sirri! 14:27 Milyonlarla illik sirr meqapolisin mərkəzində açıldı 14:24 Rusiyada etniklərin və digər qeyri-rus xalqların zorla Ukrayna cəbhəsinə göndərilməsi dayandırılmalıdır - Şuşa forumundan şok bəyanat 14:20 Avtovağzal tərəfdə başlayan yanğın şam ağaclarına sıçradı - YENİLƏNDİ - VİDEO 13:38 İyulun 7-də hava necə olacaq? Rayonlarda kəskin hava dəyişəcək 13:53 Robot insanları döydü - Bəşəriyyət qapaz altında 13:33 Azərbaycan təmsilçiləri avrokuboklarda mübarizəyə başlayırlar 13:21 Prezidentin yüksək vəzifə verdiyi məmur kimdir – DOSYE 13:09 Tramp zirehli binada qalacaq - Gülləkeçirməz şüşələr və partlayışa davamlı divarlar 13:02 Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA 12:43 AQTA sədrinə yeni müavin təyin olundu - SƏRƏNCAM 12:29 Hikmət Hacıyev Azərbaycan kulinariya irsi ilə bağlı paylaşım etdi 12:20 Rusiya Ukraynanın ən strateji obyektlərini belə vurdu - VİDEO 12:16 Bütün Xəbərlər