Joao Kanselu “Barselona”ya qayıtdı: 2029-cu ilə qədər müqavilə!
“Barselona” klubu portuqaliyalı cinah müdafiəçisi Joao Kanselunun transferini rəsmən açıqlayıb.
TodayPress TV xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmi saytında yayılan məlumata görə, 32 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər – üç mövsümlük müqavilə imzalanıb.
Kanselu daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edib.
Qeyd edək ki, portuqaliyalı müdafiəçi 2026-cı ilin yanvarında mövsümün sonunadək icarə əsasında “Barselona”ya qayıtmışdı. O, bundan əvvəl 2023/24 mövsümündə də Kataloniya klubunun formasını geyinib.
Kanselu “Barselona”da bütün turnirlərdə 65 oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə edib.
Futbolçunun “Əl-Hilal”la müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulsa da, mətbuatda yayılan məlumatlara görə, tərəflər daha sonra müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv ediblər.
Namiq HUN