Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
12.08.2026 09:36 Sənaye və energetika

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,41 ABŞ dolları və ya 0,43 % artaraq 95,57 ABŞ dolları təşkil edib.

TodayPress TV xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 93,33 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,43 ABŞ dolları və ya 0,46 % artaraq 92,75 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
“Bu uşaqlar çox pisdirlər!” Bred Pitt futbolçuları tənqid etdi 10:19 XİN-dən gənclərə təbrik: “Böyük qürur hissi doğurur” 09:46 Trampdan etiraf: "Onlar nə deyirsə, mən onu edirəm" 09:45 İngiltərə futbolunda iz qoyan qadın hakim karyerasını bitirir 10:03 Tramp: "İrana inanmıram" 08:46 6 min azarkeş, bir kubok, böyük savaş! Emeri “PSJ” matçına köklənib 09:54 Sevastopola kütləvi PUA hücumu 09:34 Bundesliqada inanılmaz start! Yeni top məhsuldarlığı artırıb 09:26 Azərbaycan nefti bahalaşdı 09:24 Transfer bazarında Baloqun savaşı! “Qalatasaray” da namizədlər arasındadır 09:21 "Tesla" 20 mindən çox avtomobilini geri çağırır 09:08 Lebronun debüt oyunu NBA tarixində bilet qiyməti rekordu qırdı 08:57 Bakıda 46 kiloqram narkotiklə bağlı əməliyyat: 3 nəfər saxlanıldı 08:54 Qasperinin istəyi gerçəkləşir! “Roma” “İnter”dən ulduz alır 09:10 Diqqət! Bu ərazilərdə qaz olmayacaq 08:27 Novorossiyskdə PUA hücumu: Limandakı iri taxıl terminalına zərbə endirildi - VİDEO 08:17 İsveç sursat tədarükünə 52,5 milyon DOLLAR ayrıldı 01:37 Braziliyadan QEYRİ-ADİ layihə: İnsan saçından okean filtri hazırlandı 01:49 Qasırğaların gücü köpəkbalıqları ilə ölçüləcək? 01:02 Məşhur amerikalı müğənnini məhkəməyə verdilər 01:45 ABŞ-də gömrük gəlirləri azaldı, sosial xərclər kəskin artdı 01:16 Moldova Ukrayna taxılının daşınmasına başlayır 01:30 Kriştianu Ronaldu və Corcina Rodriqes evləndi! 01:41 Bir sıra ərazilərdə işıq KƏSİLƏCƏK 01:20 "Silahları Aİ-yə satırıq, onlar Ukraynaya verir" - Tramp 01:10 Bütün Xəbərlər