Ürəyinizi qorumaq istəyirsinizsə, səhərlər bunu için
Son 50 ildə ürək xəstəliklərindən ölüm halları azalsa da, ürək-damar xəstəlikləri hələ də həm kişilər, həm də qadınlar üçün əsas ölüm səbəblərindən biri olaraq qalır.
TodayPress TV xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ürək xəstəliklərinin təxminən 80 faizinin qarşısını sağlam həyat tərzi ilə almaq mümkündür. Bunun üçün çəkiyə, arterial təzyiqə, xolesterin və qan şəkərinin səviyyəsinə nəzarət etmək vacibdir.
Dietoloqlar xüsusilə yaşıl çayın ürək sağlamlığı üçün faydalı ola biləcəyini bildirirlər. Onun tərkibindəki EGCG adlı katexin antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Araşdırmalar bu maddənin xolesterin və triqliseridlərin səviyyəsinə, həmçinin damarların fəaliyyətinə müsbət təsir göstərə biləcəyini göstərir.
Bununla belə, mütəxəssislər vurğulayırlar ki, yaşıl çay təkbaşına ürək xəstəliklərindən qorunma vasitəsi deyil. Sağlam qidalanma, fiziki aktivlik və siqaretdən uzaq durmaq daha mühüm rol oynayır.
Kübra Musayeva