Körtis Consun “İnter” macərası başlayır: Milana uçdu!
“Liverpul” klubunun yarımmüdafiəçisi Körtis Cons “İnter”ə transferini rəsmiləşdirmək üçün Milan şəhərinə gedib.
TodayPress TV jurnalist Nikolo Skiraya istinadən xəbər verir ki, 24 yaşlı ingiltərəli futbolçu tibbi müayinədən keçdikdən sonra İtaliya təmsilçisi ilə müqavilə imzalayacaq.
“İnter”in Cons üçün “Liverpul”a 30 milyon avro ödəyəcəyi bildirilir. Razılaşmaya əsasən, daha 5 milyon avro bonuslar şəklində nəzərdə tutulub. Həmçinin “Liverpul” futbolçunun gələcək mümkün satışından əldə olunacaq məbləğin 10 faizini alacaq.
Consun “İnter”lə müqaviləsinin 2031-ci ilin yayına qədər nəzərdə tutulduğu qeyd edilir.
İngiltərəli yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 49 matçda meydana çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 35 milyon avro qiymətləndirilir.
Gözləntilərə görə, Cons artıq şənbə günü “San-Siro” stadionuna gedərək yeni komanda yoldaşlarını “Montsa” ilə matçda tribunadan dəstəkləyəcək.
Namiq HUN