Qazaxıstanda böyük siyasi yarış: 545 namizəd 145 mandat uğrunda yarışır
Qazaxıstanda yeni birpalatalı parlamentə seçkilər avqustun 23-ü keçiriləcək.
TodayPress TV xəbər verir ki, seçicilərin səsləri uğrunda yeddi partiya mübarizə aparacaq və onlar siyahılarında 545 namizəd irəli sürüblər.
145 mandatın nəzərdə tutulduğu parlamentə səslərin 5 faizindən çoxunu toplayan siyasi qüvvələr keçəcək.
Respublikanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 12,6 milyon qazaxıstanlı səs verə biləcək
Aysel Mətləb