Dünyanın ən yaşlı insanı 117 yaşında: “Gələn ili gözləyirəm”
Hazırda dünyanın ən yaşlı insanı kimi tanınan britaniyalı Etel Keyterem 117 yaşını tamamlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Məlumata görə, Keyterem 117 yaşını Surrey qraflığındakı qocalar evində ailəsi və dostları ilə birlikdə qarşılayıb. O, 2025-ci ilin mayında 116 yaşlı braziliyalı qadının vəfat etməsindən sonra dünyanın ən yaşlı insanı statusunu əldə edib.
Bildirilib ki, 116-cı doğum günündən qısa müddət sonra onu Kral III Çarlz ziyarət edib və onun sözlərinə görə, kral qadında böyük təəssürat yaradıb:
“Gələn ilin nə gətirəcəyini səbirsizliklə gözləyirəm”.
Aysel Mətləb