24 nəfərlik gəmi Benqal körfəzində batdı
Panama bayrağı altında üzən, Çin heyətindən ibarət yük gəmisi Hindistanın şərqində yerləşən Odişa ştatında Paradip limanı sahilindən 240 dəniz mili məsafədə Benqal körfəzində batıb.
TodayPress TV xəbər verir ki, bu barədə “PTI” agentliyi məlumat yayıb.
Bildirilib ki, gəminin göyərtəsində 24 heyət üzvü olub. Gəmi Odişadan dəmir filizi yükü ilə Sinqapura istiqamətlənib. Avqustun 20-də gəmi Paradipə daxil olub, bundan sonra yoluna davam edib.
Hadisədən sonra Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə əməliyyatına başlayıb. Həmin ərazidə olan digər gəmilərə də xəbərdarlıq göndərilərək xilasetmə işlərinə kömək göstərmələri xahiş olunub.
Aysel Mətləb