Babül-Məndəb boğazında husilərin hücum planı puç oldu
Yəmən hökumət qüvvələri Babül-Məndəb boğazının akvatoriyasında üsyançı “Ənsar Allah” hərəkatına məxsus minalanmış kater və dəniz minasını məhv edib.
TodayPress TV xəbər verir ki, bu barədə Yəmənin “SABA” agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, hərbi-dəniz qüvvələri partlayıcı maddə ilə yüklənmiş kateri məhv edib, həmçinin üsyançıların gəmilərin hərəkət marşrutunda yerləşdirdiyi minanı vaxtında zərərsizləşdirib.
Bundan əlavə, Yəmənin hava hücumundan müdafiə qüvvələri sərhədyanı Əl-Vadiyə rayonuna yaxınlaşan husilərə məxsus zərbə PUA-sını vurub. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
Aysel Mətləb