Azərbaycan Premyer Liqasında II tura start verildi

Azərbaycan Premyer Liqasında II tura start verildi
22.08.2026 21:11 İdman

Azərbaycan Premyer Liqasında II tura start verilib.

TodayPress TV xəbər verir ki, turun açılış matçında "Qəbələ" evdə "Şəfa"nı qəbul edib.

Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmada qonaqlar 1:0 hesablı qələbə qazanıb.

"Şəfa"nın heyətində 69-cu dəqiqədə Musa Quel fərqlənib.

Qeyd edək ki, II tura avqustun 23-də yekun vurulacaq. Avrokuboklarda çıxışla əlaqədar bu turda "Sabah"ın "Sumqayıt"la, "Qarabağ"ın isə "Kəpəz"lə görüşləri təxirə salınıb.

XƏBƏR LENTİ
22 AVQUST 2026
Bütün Xəbərlər