Tehrandan qonşu ölkələrə XƏBƏRDARLIQ - “ABŞ-ni dəstəkləsələr...”

Tehrandan qonşu ölkələrə XƏBƏRDARLIQ - “ABŞ-ni dəstəkləsələr...”
23.08.2026 00:50 Gündəm

Tehran ABŞ tərəfindən tətbiq edilən anti-İran sanksiyalarına region dövlətlərinin qoşulacağı təqdirdə yalnız Hörmüz boğazından keçən neft tankerlərinə deyil, həm də Fars körfəzi ölkələrindən neftin daşındığı digər marşrutlara zərbələr endirməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi danışıb.

“Biz bütün qonşu ölkələrə deyirik ki, ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirak etməsinlər, əks halda Tehran onları öz düşmənləri hesab edəcək”, - deyə o vurğulayıb.

Rzayi əlavə edib ki, qonşu dövlətlər ABŞ sanksiyalarına qoşularsa, Fars körfəzindən və Hörmüz boğazından "bir damla belə" neft çıxmayacaq. Bu halda İran regiondan neft ixracının digər marşrutlarını da hədəfə alacaq.

Ali Milli Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, İran müharibəni genişləndirməyə çalışmır. Lakin İranın qonşuları iqtisadi müharibədə ABŞ-ni dəstəkləsələr, Tehran onların maraqlarına zərər vuracaq.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 AVQUST 2026
Bütün Xəbərlər