Fələstində 20 illik seçki fasiləsi bitir
Fələstin dövlət başçısının müavini Hüseyn əş-Şeyx ümumi seçkilərin müəyyən edilmiş vaxtda keçiriləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Ramallahdakı ofisində jurnalistlərə açıqlamasında bildirib.
Müavinin sözlərinə görə, seçkilərin keçirilməsi, xüsusilə Fələstinin coğrafi və demoqrafik bütövlüyünün qorunması və Qəzza zolağının İordan çayının qərb sahilindən ayrılmasının qarşısının alınması kimi milli və siyasi səbəblərə görə “strateji qərardır”.
Xatırladaq ki, Fələstin dövlət başçısı Mahmud Abbas iyulun 9-da imzaladığı fərman ilə 2006-cı ildən bəri keçirilməyən ümumi seçkilər üçün 28 noyabr 2026-cı il tarixini müəyyən etmişdi.
Aysel Mətləb