UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Türkiyə təmsilçisi “Fənərbağça” ilə Polşa təmsilçisi “Qurnik” (Zabrze) matçı bitib.
TodayPress TV xəbər verir ki, oyun 1:1 hesablı heç-heçə ilə bitib.
Bu nəticə sayəsində İstanbul təmsilçisi iki oyunun yekununa əsasən növbəti mərhələyə vəsiqə qazanaraq Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.
22:07
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Türkiyə təmsilçisi “Fənərbağça” ilə Polşa təmsilçisi “Qurnik” (Zabrze) matçı başlayıb.
TodayPress TV xəbər verir ki, oyun Polşanın Zabrze şəhərində yerləşən Ernest Pol Stadionunda keçirilir.