Rusiya XİN-dən "Qırmızı Xətt" xəbərdarlığı: Ukraynaya hərbi kontingent göndərənləri nə gözləyir?
"Ukraynada dayanıqlı nizamlanmaya mane olan istənilən xarici hərbi kontingent Rusiyanın qanuni hərbi hədəfi olacaq. Qərb münaqişənin daha da eskalasiyasına görə məsuliyyət daşıyacaq".
TodayPress TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
“Dəfələrlə vurğuladığımız kimi, Ukraynada xüsusi hərbi əməliyyatın aparılmasına və dayanıqlı nizamlanmanın əldə olunmasına mane olan istənilən xarici kontingent qətiyyən qəbuledilməzdir və qanuni hərbi hədəfə çevriləcək”, – deyə o vurğulayıb.
“Buna görə məsuliyyət eskalasiyanın daha da davam etdirilməsi barədə qərar qəbul edən Qərb siyasətçilərinin üzərinə düşəcək”, – Zaxarova əlavə edib.
Qiymət Mahir