Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq
ABŞ və Avropa İttifaqı Ukraynaya hərbi yardım üçün ayrılan vəsaitlərin itməsi ilə bağlı araşdırmaya kömək etmək üçün İsrailin “Mossad” kəşfiyyat xidmətinin keçmiş əməkdaşını işə cəlb edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Intelligence Online" portalı məlumat yayıb.
Məqalədə bildirilir ki, ABŞ və Avropa qurumları bu vəsaitlərin hara yox olduğunu izləməyə başlayıblar. Tədbirlərdən biri “Mossad”ın keçmiş əməkdaşının araşdırmaya cəlb edilməsidir.
“Mossad” İsrailin xarici kəşfiyyat xidməti olmaqla kəşfiyyat, terrorizmlə mübarizə və məxfi əməliyyatlarla məşğul olur.
Qiymət Mahir