Kriştianu Ronaldu 977-ci qolunu vurdu – VİDEO
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun hücumçusu Kriştianu Ronaldu karyerasında 977-ci qolunu vurub.
TodayPress TV xəbər verir ki, 41 yaşlı futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasının ikinci turunda “Ər-Riyad”la səfər qarşılaşmasında fərqlənib.
Görüş Şahzadə Faysal bin Fəhd stadionunda keçirilib və 4:0 hesabı ilə başa çatıb.
Bu qol Ronaldu üçün həm də 2026/2027 mövsümündə ölkə çempionatında ilk qol olub.