İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verdi
İndoneziyanın Yava adasında 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 100 mindən çox insanın yaşadığı Ranqkasbitunq şəhərindən 232 km şimal-şərqdə yerləşib. Ocaq 10 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.
Sunami təhlükəsi elan edilməyib.
Aysel Mətləb