Vaşinqton Ər-Riyada “nüvə” qapısını bağladı: “Hələ tezdir!”

Vaşinqton Ər-Riyada “nüvə” qapısını bağladı: “Hələ tezdir!”
28.08.2026 00:31 Dünya

ABŞ Energetika naziri Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi texnologiyalarının verilməsi məsələsinin yaxın perspektivdə gündəmdə olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanında hələ nüvə reaktoru belə yoxdur və bu səbəbdən ölkəyə uranın zənginləşdirilməsi texnologiyasının verilməsi üçün hazırda heç bir əsas mövcud deyil.

“Düşünürəm ki, bu, uzun illər sonranın məsələsidir. Bu, yalnız gələcəkdə Səudiyyə Ərəbistanı və ABŞ hökuməti bunun kommersiya baxımından məntiqli olduğuna və milli təhlükəsizlik tələblərimizə cavab verdiyinə qarşılıqlı şəkildə razılaşarsa baş verə bilər”, - nazir deyib.

O, Səudiyyə Ərəbistanının uran ehtiyatlarına malik olduğunu da qeyd edib.

“Bəlkə də Səudiyyə Ərəbistanında uran hasil etməliyik. Nüvə enerjisi sahəsində iki ölkə arasında əməkdaşlıq üçün digər kommersiya imkanları da ola bilər”, - ABŞ rəsmisi əlavə edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər