Hörmüzdə neft savaşı? Qətər və Küveyt daşımaları kəskin artırdı
Küveyt və Qətər Hörmüz boğazı vasitəsilə neft tədarükünü artıraraq müharibədən əvvəlki səviyyənin təxminən 70 faizinə çatdırıb. Bu addım qlobal neft tədarükünün qorunmasına və qiymətlərin artmasının qarşısının alınmasına kömək edir.
TodayPress TV xəbər verie ki, “Bloomberg”in məlumatına görə, ölkələr “şatl daşımaları” prinsipindən istifadə edirlər. Belə ki, neft Hörmüz boğazından keçirildikdən sonra Oman körfəzində digər tankerlərə yüklənir.
Hörmüz boğazından keçən ümumi neft axını da artaraq sutkada təxminən 7-8 milyon barrelə çatıb. İyulun ortalarında bu göstərici təxminən 4 milyon barrel təşkil edirdi.
Bununla belə, boğazda gəmiçilik üçün risklərin hələ də yüksək olaraq qaldığı bildirilir.
Kübra Musayeva