Ukrayna yeni silahdan istifadə edib? - Donetskə zərbənin SİRRİ açılır

Ukrayna yeni silahdan istifadə edib? - Donetskə zərbənin SİRRİ açılır
27.08.2026 23:19 Dünya

Ukrayna Silahlı Qüvvələrinin Donetskə zərbə endirmək üçün ilk dəfə ABŞ istehsalı olan, 550 kilometrədək məsafə qət edə bilən yeni JDAM-LR qanadlı raketlərindən istifadə etmiş ola biləcəyi iddia edilir.

TodayPress TV xəbər verir ki, “Defense Express”in məlumatına görə, Rusiya komanda məntəqələrinə endirilən zərbələrin olduğu ərazidə JDAM-ER elementlərinə bənzəyən qalıqlar aşkarlanıb. Lakin JDAM-ER aviasiya bombalarının uçuş məsafəsi təxminən 75 kilometr olduğundan, nəşr zərbə zamanı daha yeni JDAM-LR versiyasından istifadə edilmiş ola biləcəyini ehtimal edir.

Məlumata görə, reaktiv mühərriklə təchiz olunan JDAM-LR-nin uçuş məsafəsi 555 kilometrə qədərdir. Raketin döyüş başlığı kimi 227 kiloqramlıq aviasiya bombasından istifadə olunur.

Bu silahların F-16 qırıcıları ilə yanaşı, modifikasiya edilmiş MiQ-29 və Su-27 təyyarələrindən də buraxıla biləcəyi bildirilir.

Bununla belə, “Defense Express” vurğulayır ki, JDAM-LR-nin Ukrayna tərəfindən istifadə edilməsi hələlik yalnız ehtimaldır. ABŞ-nin bu silahları Ukraynaya təhvil verməsi barədə rəsmi təsdiq də yoxdur.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər