Göl üstündə “dava düşdü” - Kanadadan ilk REAKSİYA
Kanadanın Baş naziri ABŞ Prezidenti Donald Trampın Ontario gölünün adını dəyişdirmək qərarına münasibət bildirib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Baş nazir qeyd edib ki, “Ontario” adı 400 ildən artıq tarixə malikdir və həm Kanada Konfederasiyasının yaradılmasından, həm də ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbulundan əvvəl mövcud olub.
“Biz bilirik ki, Amerika dəyişir. Onun ticarət əlaqələri, xarici siyasəti, milli abidələri və coğrafi adları dəyişir.
Kanadalılar isə reallığı da bilirlər: bu göl Ontario gölü adlanır və belə də qalacaq - indi də, gələcəkdə də”, - deyə baş nazir vurğulayıb.
Kübra Musayeva