Netanyahu təhdid edildi: “İran onu cəhənnəmə göndərəcək”
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı sərt açıqlama verib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Rezayi bildirib ki, İran Netanyahuya qarşı mübarizəni davam etdirəcək və onun sözlərinə görə, İsrail rəhbərinin “əsas səhvləri sionist rejiminin sonunu yaxınlaşdırıb”.
“İran Benyamin Netanyahunu cəhənnəmə göndərəcək. Biz sübut edəcəyik ki, Netanyahunun əsas səhvləri sionist rejiminin sonunu yaxınlaşdırıb”, - Rezayi deyib.
Kübra Musayeva