Tramp daha bir xəritəni dəyişdi - Ontario gölü “Amerika gölü” olacaq
ABŞ hakimiyyəti Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişib.
TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat nümayəndələrinin iştirakı ilə müvafiq fərmanı imzaladıqdan sonra açıqlayıb.
Qeyd edək ki, Ontario gölü ABŞ və Kanada sərhədində yerləşən Böyük Göllərdən biridir. Gölün şimal hissəsi Kanadanın Ontario əyalətində, cənub hissəsi isə ABŞ-nin Nyu-York ştatındadır.
Aysel Mətləb