“Silah bizdə qalsın, 2 il sakit olaq” - ABŞ inanmadı
ABŞ İraqdakı beş pro-İran silahlı qruplaşmasının hərbi fəaliyyətlərini iki il müddətinə dayandırmaq və silahlarını “dondurmaq” təklifini rədd edib.
TodayPress TV xəbər verir ki, “Rudaw”ın mənbələrə istinadən yaydığı məlumata görə, “Kataib Hizbullah”, “Kataib Seyyid əl-Şühəda” və “Hizbullah əl-Nücəba”nın da daxil olduğu qruplaşmalar tamamilə silahı yerə qoymaq əvəzinə, iki il ərzində hərbi fəaliyyətlərini dayandırmağı, lakin öz təşkilati strukturlarını qoruyub saxlamağı təklif ediblər.
Təklif ABŞ-nin Bağdaddakı səfirliyi vasitəsilə Vaşinqtona çatdırılıb. Mənbələrin sözlərinə görə, ABŞ tərəfi təklifi dərhal “hiylə” kimi qiymətləndirərək rədd edib.
Silahlı qruplaşmaların tərksilah edilməsi İraq hökumətinin əsas prioritetlərindən biri hesab olunur. Tərksilah üçün son tarix isə 30 sentyabr müəyyən edilib.
Kübra Musayeva