Tramp: “Amerikanın qızıl dövrü başladı”
ABŞ Prezidenti Donald Tramp ölkəsinin elm və texnologiya sahəsində “yeni qızıl dövrə” daxil olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, Tramp “Truth Social” hesabında “Micron” şirkətinin ABŞ-də yeni tədqiqat laboratoriyalarına 10 milyard dollar sərmayə qoyacağını bildirib.
Onun sözlərinə görə, şirkətin əvvəlki 250 milyard dollarlıq investisiya öhdəliyi ilə birlikdə bu addım ölkədə on minlərlə yeni iş yerinin yaradılmasına imkan verəcək.
Tramp ABŞ-nin süni intellekt və yüksək məhsuldarlıqlı hesablama texnologiyalarında liderliyini qoruyacağını vurğulayıb.
“Şirkətlər mənim administrasiyam dövründə trilyonlarla dollar sərmayə qoyur, çünki ABŞ-ın dünyada yaratmaq, ixtira etmək və inkişaf etdirmək üçün ən yaxşı yer olduğunu bilirlər”, - Tramp qeyd edib.
ABŞ Prezidenti ölkənin “kritik əhəmiyyətli texnologiyaları” geri qaytardığını və həyata keçirilən siyasətin iqtisadiyyatı gücləndirdiyini bildirib.
Tramp “Micron” şirkətinin baş direktoru Sanjay Mehrotranı da təbrik edib və “Amerikanın qızıl dövrünün başladığını” deyib.
Kübra Musayeva