Slovakiyada Ukrayna dronlarını istehsal edən zavod yandırılacaqdı - İFŞA EDİLDİ
Slovakiyanın Preşov şəhərinin prokurorları avqustun 27-də ölkənin şərqində üç şübhəli tərəfindən planlaşdırılan yanğın törətmə cəhdinin Ukraynada yaradılmış Skyeton şirkətinə qarşı yönəldiyini açıqlayıblar.
TodayPress TV xəbər verir ki, məlumata görə, sözügedən şirkət Ukraynada və digər ölkələrdə mülki və hərbi məqsədlər üçün istifadə olunan pilotsuz uçuş aparatları istehsal edir.
Prokurorluğun məlumatına əsasən, üç şübhəli zavodun yandırılmasını əvvəlcədən planlaşdırıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Kübra Musayeva