Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub
24.08.2026 20:52 Mədəniyyət

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Leyla Əliyeva avqustun 24-də ilk Buxara Müasir İncəsənət Biennalesinin əsərlərinin bir hissəsi ilə tanış olub.

TodayPress TV xəbər verir ki, Buxara Biennalesi Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondu tərəfindən keçirilir.

İlk dəfə 2025-ci ildə keçirilən Buxara Biennalesi Mərkəzi Asiyanın ən böyük mədəniyyət tədbirlərindən birinə çevrilib.

Hazırda Buxarada ilk Biennaledə nümayiş olunan əsərlərin bir hissəsi yenidən sərgilənir. Ekspozisiyada yerli və xarici müəlliflərin 70-ə yaxın əsərini görmək mümkündür.

2027-ci ildə ikinci Buxara Müasir İncəsənət Biennalesinin keçirilməsi planlaşdırılır.

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər