Avropa İttifaqı kisəni açdı - 200 milyon avro nəyə verildi? - AÇIQLAMA

Avropa İttifaqı kisəni açdı -  200 milyon avro nəyə verildi? - AÇIQLAMA
02.07.2026 20:40 Maliyyə

Avropa İttifaqının “Qlobal Şəbəkə” proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracağı açıqlanıb. Bildirilib ki, bu vəsait hesabına dövlət və özəl sektor tərəfindən ümumilikdə 2 milyard avroyadək investisiyanın cəlb edilməsi planlaşdırılır. Prioritet layihələr sırasında Naxçıvan üzərindən dəmir yolu bağlantısının yaradılması və Bakı limanının inkişafı da yer alır.

Bu təşəbbüsün Azərbaycan iqtisadiyyatı və tranzit potensialı üçün yaradacağı imkanlarla bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Avropa İttifaqının dəstəyi ölkənin nəqliyyat-logistika sahəsinin inkişafına və regional əməkdaşlığın daha da güclənməsinə əlavə töhfə verəcək:



“Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq istiqamətlərindən biri də məhz nəqliyyat və logistika sahəsidir. “Qlobal Şəbəkə” investisiya proqramı çərçivəsində Avropa İttifaqı Cənubi Qafqazın nəqliyyat infrastrukturuna sərmayə yatırır və bununla bağlı Brüsseldə artıq qərar qəbul edilib.

Bütövlükdə, yalnız Avropa İttifaqı və ya dövlət sektoru deyil, eyni zamanda özəl sektor tərəfindən də bu istiqamətə daha çox vəsaitin, sərmayənin cəlb edilməsi nəzərdə tutulur.

Nəzərə alsaq ki, son illər Azərbaycan üzərindən daşınan yüklərin həcmində artım qeydə alınıb, bu, ölkəmizin geosiyasi mövqeyinin daha da güclənməsinə gətirib çıxarmaqla yanaşı, dövlət gəlirlərinin artmasına da xidmət edib. Çünki beynəlxalq yükdaşımalar dövlət büdcəsinin qeyri-neft sektorundan daxilolmalarına birbaşa təsir göstərir. Bu da ölkəyə valyuta daxilolmalarının artmasına imkan yaradır. Eyni zamanda, Azərbaycanın regional məsələlərdə rolunun daha da güclənməsi anlamına gəlir”.

Həmçinin “Artıq qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə regionda formalaşan yeni düzən praktik olaraq region ölkələri, qonşular və eləcə də aparıcı beynəlxalq ittifaqlarla əməkdaşlığın güclənməsinə xidmət edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin mətbuata bəyanatlarında da qeyd olunduğu kimi, xüsusilə regionda sülhün dəstəklənməsi və dayanıqlı sülhün əldə edilməsi vacib istiqamətlərdəndir.

Azərbaycan bu istiqamətdə səylərini davam etdirir. Yalnız nəqliyyat-logistika sahəsində deyil, digər istiqamətlərdə də, o cümlədən Ermənistana yanacağın nəqlinin həyata keçirilməsi, Azərbaycandan Ermənistana daşınan yüklərlə bağlı məhdudiyyətlərin tam aradan qaldırılması ölkəmizin həm sülh gündəliyinə sadiqliyini, həm də regionda əməkdaşlığa töhfəsini nümayiş etdirir”, - deyə, deputat bildirib.

Kübra Musayeva

NEWS FEED
17 AUGUST 2026
Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 Azərbaycan əhalisinin sayı açıqlandı 15:37 "Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Tətil niyə yorğunluğu aradan qaldırmır? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 “Sumqayıt”a ağır itki: Kapitan uzun müddət komandaya kömək edə bilməyəcək 14:13 Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Çin kosmosa yeni peyk göndərdi 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Olimpiya mükafatçısından gözlənilməz qərar: Kirpiçnikova karyerasını bitirdi 13:16 Putindən sonra hansı Rusiya? – Məşhur şərhçidən sensasion proqnozlar 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Sabah hava necə olacaq? – PROQNOZ 12:34 İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl! 12:51 Azərbaycan diasporunun Moskvadakı rəhbəri deportasiya edildi 12:38 Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 All News