"Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi
Danimarkalı velosipedçi Yonas Vingeqor körpücük sümüyünün sınığının fəsadları səbəbindən cari mövsümü vaxtından əvvəl başa vurub.
TodayPress TV xəbər verir ki, bu barədə “Visma – Lease a Bike” komandasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Tour de France”dan sonra bərpa prosesi planlaşdırıldığı kimi davam etməli olsa da, Vingeqorun aldığı zədə məşqlərə başlamasını gecikdirib. Yonas yaxın vaxtlarda əvvəlki formasına qayıda bilməyəcəyini qeyd edib.
“Bütün diqqətimi 2027-ci il mövsümündə qarşıma qoyduğum məqsədlərə optimal hazırlaşmağa yönəltmişəm. Yaxın zamanda bu hədəfləri komanda ilə müzakirə edəcəyəm”, – deyə velosipedçi bildirib.
Qeyd edək ki, “Tour de France”ın 15-ci mərhələsində digər velosipedçilərlə toqquşan Vingeqor yarışı davam etdirə bilməyib. Daha sonra onun körpücük sümüyünün sındığı müəyyənləşib.
Namiq HUN
TodayPress TV