ARDNF-in aktivləri 67 milyard dollara yaxınlaşdı

ARDNF-in aktivləri 67 milyard dollara yaxınlaşdı
23.07.2025 13:37 Maliyyə

Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 66 milyard 515,6 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 10,8 % çoxdur.

TodayPress TV bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-iyun aylarında ARDNF-in büdcə gəlirləri 8 milyard 833 milyon manat, büdcə xərcləri isə 7 milyard 278,6 milyon manat təşkil edib.

Yarın il ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 5 milyard 743,2 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 4 milyard 974,3 milyon manat, bonus ödənişləri və tranzitdən 765,3 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Quruma "Azəri-Çıraq-Günəşli" yatağından 4 milyard 427,3 milyon manat, "Şahdəniz" yatağından isə 423,3 milyon manat vəsait daxil olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 3 milyard 89,8 milyon manat olub.

Hesabat dövründə ARNDF dövlət büdcəsinə 7 milyard 240,5 milyon manat transfert edib (6 ay ərzində Azərbaycan Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 3 milyard 718,1 milyon ABŞ dolları məbləğində vəsait satıb), “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 4,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 20,1 milyon manat yönəldib, idarəetməyə isə 13,8 milyon manat xərcləyib.

Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə 9 milyard 468,7 milyon manat təşkil edib. Aktivlərin artımı vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olub.

"ARDNF-in borc öhdəliklərinə yatırımları II rüb ərzində müsbət gəlirlilik nümayiş etdirib. Dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müşahidə olunan volatillik rübün sonuna doğru nisbətən azalıb. Eyni zamanda ABŞ və Avrozona iqtisadiyyatlarında inflyasiyanın müəyyən qədər səngiməsi müşahidə olunub. Borc öhdəlikləri altportfelinin gəlirliliyinə isə əsas töhfə faiz gəlirlərindən əldə edilib.

Rüb ərzində qlobal səhm bazarlarında əsasən müsbət dinamika müşahidə edilib. Rübün əvvəllərində ticarət siyasəti ilə bağlı yaranmış volatilliyə baxmayaraq, xüsusilə ABŞ səhm bazarlarında qiymətlərin yüksəlişi qeydə alınıb. Belə ki, siyasi müstəvidə davam edən qeyri-müəyyənliklərə rəğmən, investorların bazar gözləntilərində müşahidə olunan yaxşılaşma əsas səhm indekslərinin müsbət gəlirlilik nümayiş etdirməsi ilə nəticələnib. Sözügedən tendensiyalar hesabat dövründə ARDNF-in səhm altportfelinin gəlirliliyinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.

Geosiyasi qeyri-müəyyənliklərin davam etməsi və mərkəzi bankların qızıla olan yüksək həcmdə davamlı tələbi fonunda, qızıl qiymətləri əhəmiyyətli artım göstərərək tarixi maksimum səviyyələrə çatıb. Bu əsasda hesabat dövrü ərzində ARDNF-nin qızıl altportfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşıb", - deyə məlumatda qeyd olunub.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər