İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl!
Azərbaycan cüdoçuları İspaniyada keçirilən Superkubok turnirində iki qızıl medal qazanıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Milli komandanın üzvləri Valensiyada təşkil olunan yarışda qüvvələrini sınayıblar.
Beynəlxalq təlim-məşq toplanışı çərçivəsində keçirilən turnirdə Zelim Tçkayev (90 kq) və Murad Fətiyev (100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Beləliklə, Azərbaycan millisi Valensiya Superkubokunu iki qızıl medalla başa vurub.
Namiq HUN
TodayPress TV