Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi!

Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi!
17.08.2026 13:07 İdman

“Barselona” İngiltərənin “Arsenal” klubunda çıxış edən isveçli hücumçu Viktor Dyökeresi heyətinə qatmaq variantını nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Xose Alvares məlumat yayıb.

Bildirilir ki, Dyökeres “Barselona” üçün Ferran Torresin əvəzinə əsas alternativə çevrilib. Torresin “PSJ”yə keçidindən sonra Kataloniya təmsilçisinə hücum xəttini gücləndirmək üçün yeni futbolçu lazımdır.

Mənbənin məlumatına görə, “Barselona” 2024-cü ildən futbolçunun vəziyyətini izləyir və daha əvvəl onu Robert Levandovskinin mümkün əvəzləyicisi kimi nəzərdən keçirib. 

Torresin 50 milyon avroya satılmasından sonra “Barselona” mövsüm ərzində 30-dan çox qol vura biləcək hücumçu axtarır.

Qeyd edək ki, “Arsenal” ötən yay Dyökeresi “Sportinq”dən 70 milyon avro və bonuslar qarşılığında transfer edib. Forvard “Arsenal”dakı debüt mövsümündə Premyer Liqada 36 oyuna çıxaraq 14 qol vurub və komandasının çempionluq qazanmasına kömək edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Çin kosmosa yeni peyk göndərdi 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Olimpiya mükafatçısından gözlənilməz qərar: Kirpiçnikova karyerasını bitirdi 13:16 Putindən sonra hansı Rusiya? – Məşhur şərhçidən sensasion proqnozlar 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Sabah hava necə olacaq? – PROQNOZ 12:34 İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl! 12:51 Azərbaycan diasporunun Moskvadakı rəhbəri deportasiya edildi 12:38 Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı! 12:25 Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi 12:21 İlham Əliyev onları “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi - ADLAR 12:13 DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildı - SƏRƏNCAM 12:09 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 50-ni keçdi 12:06 İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi 11:53 Azərbaycanın dövlət başçısı Ukraynanın sabiq Prezidenti ilə görüşdü 11:51 “Arsenal” müdafiəyə əl gəzdirməyə hazırlaşır: Arteta açıqladı 11:27 Qara dənizdə yeni plan: Rumıniya hərbi gəmilər inşa edəcək 11:07 Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! 11:31 Ay tutulması yaxınlaşır: Azərbaycanda cəmi 32 dəqiqə görünəcək 10:56 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 11:34 Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək 10:51 Bütün Xəbərlər