Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır

Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır
17.08.2026 14:15 Dünya

ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi təzyiqi daha da artıracağına söz verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, ABŞ Maliyyə naziri Skott Bessent də Vaşinqtonun gələn həftə Tehranla bağlı “indiyədək görünməmiş” iqtisadi tədbirlər açıqlayacağını bildirib.

ABŞ artıq İrana qarşı dəniz, enerji və maliyyə sanksiyalarını genişləndirib və İran limanlarına dəniz blokadası tətbiq edir. Trampın ikinci prezidentlik dövrünün əvvəlindən Vaşinqtonun sanksiya siyahısına 1 000-dən çox şəxs, gəmi və təyyarə daxil edilib.

Son məhdudiyyətlər İranın neft daşıyan “kölgə donanmasına”, gəmi sığorta şirkətlərinə, silah alışını asanlaşdıran qurum və şəxslərə, eləcə də rəqəmsal mübadilə platformalarına yönəlib. Bildirilib ki, İranla əlaqəli təxminən 500 milyard dollar dəyərində kriptovalyuta dondurulub.

Vaşinqtonun növbəti mərhələdə İrana sanksiyalardan yayınmağa kömək edən şəxsləri və şirkətləri, həmçinin Çindəki neft emalı müəssisələrini və İranla maliyyə əməliyyatları aparan bankları hədəfə ala biləcəyi bildirilir. Aviasiya sektoruna qarşı əlavə sanksiyalar da mümkün variantlar arasındadır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Tətil niyə yorğunluğu aradan qaldırmır? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 “Sumqayıt”a ağır itki: Kapitan uzun müddət komandaya kömək edə bilməyəcək 14:13 Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Çin kosmosa yeni peyk göndərdi 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Olimpiya mükafatçısından gözlənilməz qərar: Kirpiçnikova karyerasını bitirdi 13:16 Putindən sonra hansı Rusiya? – Məşhur şərhçidən sensasion proqnozlar 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Sabah hava necə olacaq? – PROQNOZ 12:34 İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl! 12:51 Azərbaycan diasporunun Moskvadakı rəhbəri deportasiya edildi 12:38 Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı! 12:25 Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi 12:21 İlham Əliyev onları “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi - ADLAR 12:13 DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildı - SƏRƏNCAM 12:09 Bütün Xəbərlər