4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur

4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur
17.08.2026 13:27 Dünya

Belçika, Lüksemburq, Niderland və İsveç 1 oktyabr 2026-cı ildən Rusiyanın beş il müddətinə verilən qeyri-biometrik pasportlarını tanımayacaq.

TodayPress TV xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, İsveçdə bəzi Rusiya vətəndaşları üçün istisna tətbiq ediləcək. 

Belə ki, 1 oktyabrdan əvvəl verilmiş Şengen vizası və ya Aİ və Şengen ölkələrində yaşayış icazəsi olan şəxslərin qeyri-biometrik pasportları 31 dekabr 2026-cı ilədək qəbul ediləcək.

Belçika, Lüksemburq və Niderland isə keçid dövrü üçün belə istisna nəzərdə tutmayıb.

Yeni qaydaların qüvvəyə minməsindən sonra Rusiyanın qeyri-biometrik pasportları artıq 15 Avropa ölkəsində tanınmayacaq. Bu sənədlər daha əvvəl Finlandiya, İslandiya, Danimarka, Estoniya, Litva, Latviya, Polşa, Çexiya, Fransa, Almaniya və Rumıniyada qəbul edilmirdi.

Bundan əlavə, Monteneqro da 1 noyabr 2026-cı ildən Rusiya vətəndaşları üçün vizasız rejimi ləğv edəcək. Hazırkı qaydalara əsasən, rusiyalılar oktyabrın 31-dək ölkəyə vizasız daxil olaraq 30 günədək qala bilərlər. Noyabrın 1-dən isə Monteneqroya səfər üçün viza tələb olunacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
“Sumqayıt”a ağır itki: Kapitan uzun müddət komandaya kömək edə bilməyəcək 14:13 Tramp İrana böyük iqtisadi zərbə endirməyə hazırlaşır 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Çin kosmosa yeni peyk göndərdi 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Olimpiya mükafatçısından gözlənilməz qərar: Kirpiçnikova karyerasını bitirdi 13:16 Putindən sonra hansı Rusiya? – Məşhur şərhçidən sensasion proqnozlar 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Sabah hava necə olacaq? – PROQNOZ 12:34 İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl! 12:51 Azərbaycan diasporunun Moskvadakı rəhbəri deportasiya edildi 12:38 Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı! 12:25 Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi 12:21 İlham Əliyev onları “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi - ADLAR 12:13 DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildı - SƏRƏNCAM 12:09 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 50-ni keçdi 12:06 İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi 11:53 Azərbaycanın dövlət başçısı Ukraynanın sabiq Prezidenti ilə görüşdü 11:51 “Arsenal” müdafiəyə əl gəzdirməyə hazırlaşır: Arteta açıqladı 11:27 Qara dənizdə yeni plan: Rumıniya hərbi gəmilər inşa edəcək 11:07 Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! 11:31 Bütün Xəbərlər