Medvedevdən Ermənistana: “İnciləri donuzların qarşısına atmayın”

Medvedevdən Ermənistana: “İnciləri donuzların qarşısına atmayın”
24.08.2026 22:09 Dünya

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın Avropa İttifaqına heç vaxt üzv olmayacağını iddia edib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

Medvedev bildirib ki, Ermənistan Aİ-yə üzv olmasa da, Rusiya və digər Avrasiya İqtisadi İttifaqı ölkələri ilə münasibətlərini uzun müddət korlayacaq.

O, Ermənistan hakimiyyətini milli maraqlara xəyanətdə, Corc Sorosun maliyyəsi ilə əlaqələrdə və Erməni Apostol Kilsəsinə qarşı “satanist təqib” aparmaqda ittiham edib.

Medvedev Ermənistan hakimiyyətinə münasibətdə latınca “Non mittite margaritas ante porcos” ifadəsini işlədib. Bu ifadə “İnciləri donuzların qarşısına atmayın” mənasını verir.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər