Xameneinin dəfnində minlərlə insanın ölə biləcəyi iddia edilir

Xameneinin dəfnində minlərlə insanın ölə biləcəyi iddia edilir
06.07.2026 10:32 Dünya

İranın sabiq Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi ərəfəsində İran hakimiyyətinin mümkün fövqəladə hallara qarşı xüsusi hazırlıq gördüyü iddia olunur.

TodayPress TV xəbər verir ki, Almaniyanın "WELT" nəşrinin yaydığı məlumata əsasən, İran Qızıl Aypara Cəmiyyəti və Böhranların İdarə Edilməsi Təşkilatı ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Arifə məxfi məktub göndərib.

İddiaya görə, sənəddə milyonlarla insanın qatılacağı gözlənilən mərasim zamanı izdiham və yüksək temperatur səbəbindən 1500-3000 nəfərin həyatını itirə biləcəyi ehtimalı qeyd olunub.

Bildirilib ki, bu ssenariyə hazırlıq məqsədilə Tehrandakı Behişti-Zəhra qəbiristanlığında minlərlə qəbir əvvəlcədən hazırlanıb. Eyni zamanda, mümkün həlak olanların və itkin düşən şəxslərin qeydiyyatı üçün xüsusi qərargahın yaradıldığı da vurğulanır.

"WELT"-ə danışan Tehran bələdiyyəsinin əməkdaşlarından birinin sözlərinə görə, qəbir yerlərinin hazırlanması ilə bağlı məlumat həqiqətə uyğundur.

Qeyd edək ki, Əli Xamenei ilə vida mərasimləri Tehranda başlayacaq, daha sonra Qum, Nəcəf və Kərbəla şəhərlərində davam edəcək. Onun iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcəyi bildirilir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUL 2026
Hərbi Hava Qüvvələrinin yeni qırıcıları təlimlərə başladı - VİDEO 11:45 Moskvada növbəti dron təhlükəsi elan olundu 11:25 Trampdan İlham Əliyevə xüsusi dəvət – TƏCİLİ 11:09 Prezident Malavi liderini təbrik etdi 11:05 Paşinyan seçkidə rəzil etdiyi Rusiyaya səfərə yollandı – Apardığı dosyelərlə Moskvanı necə susduracaq? 10:59 SEPAH-a yeni komandan təyin edildi 10:50 Xameneinin dəfnində minlərlə insanın ölə biləcəyi iddia edilir 10:32 Məhərrəm ayı nə vaxt başa çatır? 10:17 Havanın temperaturu neçə dərəcə olacaq? 10:09 Fövqəladə Hallar ötən həftənin statistikasını açıqladı: 583 yanğına çıxış... 09:58 Neymar karyerası barədə qərar verdi: Braziliya millisində... 09:53 Azərbaycanlılar da topun ağzında – Ruslar miqrantları qovmaq üçün siyahı yaydı 09:32 Xocalı sakinlərinin xilası üçün düşmənin zirehli texnikasını kəsən qəhrəmanlıq — İlk dəfə 09:28 Kiyevə növbəti raket hücumu: Mülki itkilərin sayı artmaqda davam edir - VİDEO 09:32 Tehranda "qisas bayrağı" qaldırıldı 09:09 Paşinyan Rusiyaya getdi 08:46 Tramp Zelenski ilə görüşəcək – Hansı mövzu müzakirə olunacaq? 08:37 Qarabağa köç davam edir: Sakinlər Cəbrayıla yola salındı 08:24 DÇ-2026: İngiltərə 1/4 final mərhələsinə yüksəldi 08:19 Doğum ayınız təkcə xarakterinizi yox, evinizin rəngini də müəyyən edə bilər 23:51 Bu qidaları rasionunuza əlavə edin - Böyrəkləriniz sizə təşəkkür edəcək 21:31 Bunu edən insanlar daha sağlam olur 21:17 Alimlər hər gün avokado yeməyi tövsiyə edir - FAYDALARI 21:11 Maqnezium çatışmazlığının ƏSAS ƏLAMƏTLƏRİ 20:59 Qırmızı vərəqə ləğv edildi – Tramp FİFA-ya təşəkkür etdi 23:57 Bütün Xəbərlər