Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub

Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub
20.08.2026 15:20 İdman

Beynəlxalq Tennis Federasiyası (ITF) səviyyəsində 9 turnirin qalibi olan rusiyalı tennisçi Rada Zolotaryova digər ölkələrin bayrağı altında çıxış etmək üçün aldığı təkliflərdən danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “championat” nəşri məlumat yayıb. 

Tennisçinin sözlərinə görə, ona Azərbaycan, Gürcüstan, Özbəkistan və Argentinanı təmsil etmək təklif olunub. Lakin Zolotaryova bu təkliflərin heç birini qəbul etmək niyyətində olmadığını bildirib:

“Yaxın vaxtlarda Azərbaycan, Gürcüstan və Özbəkistan üçün oynamaq təklifləri almışam. Argentina variantı da var idi. Amma mən heç vaxt keçid etməyəcəyəm, çünki Rusiya üçün oynamağı sevirəm. Həqiqətən də təkliflər olub, lakin ölkəmizi təmsil etmək mənim xoşuma gəldiyi üçün həmişə imtina etmişəm”.

Zolotaryova Argentina variantının ona Olimpiya Oyunlarında iştirak etmək şansını artırmaq məqsədilə təklif edildiyini də açıqlayıb. Onun sözlərinə görə, bu ölkədə az sayda güclü tennisçi olduğu üçün agentlər onun və Anastasiya ilə birlikdə Argentina yığmasının “ilk üçlüyündə” yer ala biləcəyini bildiriblər.

“Mənə dedilər ki, Argentina bayrağı altında çıxış etsək, Olimpiya Oyunlarında iştirak etmək şansımız yüksək olacaq. Amma mən keçmək istəmədiyimi söylədim və məsələ bununla da bitdi”, - deyə Rada açıqlayıb. 

Rusiyalı tennisçi digər idmançıların milli komanda dəyişməsinə münasibət bildirərkən bunun şəxsi seçim olduğunu deyib.

“Məncə, vətən insanın doğulduğu və oynadığı yerdir. Polina Kudermetovanın Özbəkistana keçidini başa düşürəm. Ancaq düşünürəm ki, bu, onların öz işidir. Əlbəttə, Rusiyada tennisçilərin sayının azalması üzücüdür, amma bunda pis heç nə yoxdur”, - deyə tennisçi bildirib. 

Zolotaryova, həmçinin Rusiya tennisçilərinin milli komanda ilə yarışlara qayıtmasını və ölkə bayrağı altında çıxış etməyi arzuladığını vurğulayıb.

“Ümid edirəm ki, hər şey qaydasına düşəcək. Mən Olimpiadada oynamaq istəyirəm. Əlbəttə, 2028-ci ildə iştirak etmək daha yaxşı olardı”, - deyə Zolotaryova bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər