İsrail HƏMAS-a 3 gün vaxt verdi
İsrail Qəzza zolağından yandırıcı uçurtmaların buraxılmasının dayandırılması üçün HƏMAS-a üç günlük ultimatum verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Kan News” məlumat yayıb.
Məlumata əsasən, xəbərdarlıq “Sülh Şurası” vasitəsilə çatdırılıb. İsrail rəsmiləri uçurtmaların buraxılmasının davam etdiriləcəyi təqdirdə hərbi zərbələrin intensivliyinin əhəmiyyətli dərəcədə artırılacağını bildiriblər.
İsrail təhlükəsizlik qüvvələri uçurtmaların HƏMAS tərəfindən buraxıldığını iddia edir.
Bir təhlükəsizlik rəsmisi xəbərdarlıq edib:
“Bu davam edərsə, zərbələrin intensivliyini əhəmiyyətli dərəcədə artıracağıq”.
Kübra Musayeva