Suriyaya 47 ildən sonra şad xəbər: “Tarixi hadisədir!”

Suriyaya 47 ildən sonra şad xəbər: “Tarixi hadisədir!”
25.08.2026 00:16 Dünya

Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ölkəsinin terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılmasını tarixi hadisə adlandırıb.

TodayPress TV xəbər verir ki, “Suriyanın terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılması münasibətilə Suriya xalqını təbrik edirik. Bu, tarixi hadisədir. Ölkəmiz 47 il əvvəl devrilmiş rejimin siyasəti və fəaliyyəti səbəbindən bu siyahıya daxil edilmişdi. Bu isə heç vaxt xalqımızın seçimi olmayıb və Suriyaya, onun tarixinə uyğun gəlmirdi”, - deyə nazir bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər